Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident İlham Əliyev Sudan və Kuba rəhbərliyinə təbrik məktubu ünvanlayıb

Prezident İlham Əliyev Sudan və Kuba rəhbərliyinə təbrik məktubu ünvanlayıb


Azərbaycan Prezidenti İlham Əliyev Sudan Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhana təbrik məktubu ünvanlayıb.

Newscenter.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Sədr,

Sudan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Sudan münasibətləri dövlətlərimizin və xalqlarımızın mənafeləri naminə bundan sonra da həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə uğurla inkişaf edəcək və möhkəmlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və firavanlıq arzulayıram".

XXX

Azərbaycan Prezidenti İlham Əliyev Kuba Prezidenti Migel Dias-Kanel Bermudesə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Azadlıq Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

İnanıram ki, Azərbaycan-Kuba əlaqələrinin genişlənməsi, ölkələrimiz arasında həm ikitərəfli qaydada, həm də beynəlxalq təsisatlar, xüsusilə də Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Bu xoş fürsətdən istifadə edərək Yeni, 2023-cü il münasibətilə də Sizi ürəkdən təbrik edir, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm".
Xəbəri paylaş