Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya Yeni il gecəsi Ukraynaya genişmiqyaslı hücum edib, ölən və yaralananlar var

Rusiya Yeni il gecəsi Ukraynaya genişmiqyaslı hücum edib, ölən və yaralananlar var


Ukrayna müdafiəçiləri ötən sutka Rusiyanın İran istehsalı olan 13 “Şahed-136” PUA-sını məhv edib.

Newscenter.az-ın məlumatına görə, “Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, ötən gecə Rusiya qoşunları Ukraynaya 31 raket və 12 aviasiya endirib. Bundan başqa, reaktiv yaylım atəş sistemi ilə 70-dən artıq atəş açılıb.

Məlumata görə, hücum nəticəsində Çerniqov, Sum, Kiyev, Xmelnitski, Donetsk, Nikolayev və Xerson vilayətlərində mülki infrastruktura ziyan dəyib.

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı bildirib ki, Xəzər dənizindən atılan 20-dən çox qanadlı raketin 12-si məhv edilib. Bu hücum nəticəsində 7 nəfər yaralanıb.

Kiyev meri Vitali Kliçko deyib ki, ölkə paytaxtına hücum nəticəsində mülki obyektlərə ziyan dəyib, 1 nəfər ölüb, 20 nəfər yaralanıb. Bunun ardınca Rusiya Ukrayna ərazisinə dronlarla hücum edib.
Xəbəri paylaş