Yanvarın 9-da Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi ilə görüşüb.
Newscenter.az xəbər verir ki, görüşdə iki ölkə arasındakı işgüzar əlaqələrdən, o cümlədən gömrük sahəsində Yaponiya Gömrük Əməkdaşlıq Fondunun dəstəyi ilə həyata keçirilən təlim proqramlarından bəhs edilib.
Görüşdə, həmçinin beynəlxalq tranzitin inkişafında “Orta Dəhliz”in əhəmiyyəti vurğulanıb, bu dəhlizin imkanlarının genişləndirilməsi istiqamətində Yaponiya tərəfindən səsləndirilən fikirlər ətrafında müzakirələr aparılıb.
Sevinc