Alı İbrahim oğlu Qocayev Samux Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Newscenter.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Firdovsi Şahmirzə oğlu Əliyev Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Qeyd edək ki, Firdovsi Əliyev ekologiya və təbii sərvətlər nazirinin müşaviri vəzifəsində çalışırdı.
Mehman Mehdiyev