Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlham Əliyev yeni səfirlər təyin etdi

İlham Əliyev yeni səfirlər təyin etdi


Azərbaycanın Slovakiyadakı səfiri dəyişib.

Newscenter.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Rövşən Nüsrət oğlu Sadıqbəyli Azərbaycan Respublikasının Slovakiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Digər Sərəncamla Vüsal Hacımahmud oğlu Abdullayev Azərbaycan Respublikasının Slovakiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

XXX

Dövlət başçısının digər sərəncamına əsasən, Arif Baloğlan oğlu Məmmədov Azərbaycan Respublikasının Yunanıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.


Sevinc Mehdiyeva
Xəbəri paylaş