Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fələstin normal dövlət siyasəti yürüdən ölkə ola bilməyib

Fələstin normal dövlət siyasəti yürüdən ölkə ola bilməyib


Fələstin bizə dəstək vermədi və yaxud da Fələstin bizim düşmənimiz olan Ermənistana dəstək verdi və sairə bu kimi iddialar irəli sürən tanınmış siyasətçilər, teleaparıcılar və sairə insanlar var. Bu adamlar birmənalı olaraq yalan danışır və insanların həqiqəti bilmələrinə və reallığı görmələrinə sahib olduqları əlverişli fürsət vasitəsilə mane olmağa cəhd edirlər.

Fələstin heç də bizim fikirləşdiyimiz kimi normal dövlət siyasəti yürüdən ölkə ola bilməyib.Bunun səbəbləri çoxdur və əsas səbəbi ABŞ və İsrailin çirkin planlarını göstərmək olar. Fələstin özünə başı qarışmış bir ölkədir, əyər buna ölkə demək olarsa və bütün sahələrdə o qədər problemləri ilə, nə Azərbaycana, nə də ki Ermənistana heç bir faydası dəyə bilməz vəziyyətə gətirilib, artıq çox uzun on illərdir. Bizim bu siyasətbazlara əsla inanmaq lazım deyil.

Onlar Ermənistan üzərindən Azərbaycanın qələbəsini belə siyasi mədəniyyət göstərərək, qəti şəkildə qəbul edə bilmədilər, bunu indi də həzm edə bilmirlər. İndi olduğu kimi, İsrail hökumətinin bu cinayətlərinə və işğalçı siyasətinə dəstək verdikləri və malaladıqları kimi, separatizmin başında olan Ermənistanı qismən və Qarabağı tərk edən separatçı rejimi isə tam olaraq demək olar ki,dəstəklədilər. Onları demokratiya fədailəri kimi qələmə verənlər idilər bu adamlar.

Bu gün qardaş Türkiyədə cümhuriyyətin 100 illiyi münasibətilə, 80 milyonluq türk xalqı küçə və meydanlarda, əllərində Türk bayrağı ilə bayram etdi. Bilirsinizmi, on milyonlarla o al qırmızı rəngli bayraqların başında Fələstin bayrağı da yer almışdır və xalq olaraq iqtidarlı-müxalifətli hamı bir yumruq kimi, İsrailə qarşı çıxırlar və məzlumun, haqqı tapdanmış Fələstin xalqının yanında olduqlarını göstərdilər. Ölkə olaraq, dövlət olaraq bizim də mövqeyimiz qardaş Türkiyənin mövqeyi ilə eynidir.

Biz də eynilə Türkiyə kimi, 1967 ilin sərhədləri çərçivəsində, BMT-nin 1947 il qətnaməsi çərçivəsində hər iki dövlətin qurulmasının tərəfdarıyıq və bu beynəlxalq hüququn norma və qaydalarına uyğun olaraq ədalətli mövqedir.

Çingiz Şahbazi-siyasi ekspert
Xəbəri paylaş