Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan, erməni separatizminə və işğalçı Ermənistana layiq olduğu yeri göstərdi

Azərbaycan, erməni separatizminə və işğalçı Ermənistana layiq olduğu yeri göstərdi


Ermənistan yenə pozuculuq, regionda gərginlik yaratmaq siyasəti ilə məşğuldur. Yenə də vasitə, alət rolunu oynayır. Əgər 90-ların əvvəllərində Ermənistan Rusiyanın aləti idisə və onun sifarişi və dəstəyi əsasında Qarabağda işğala başlıdısa, indi isə bu ölkə Avropanın, konkret olaraq Fransanın alətinı çevrilib. İndi də Fransanın sifarişi və dəstəyi ilə regionda yeni bir müharibəyə başlamaq istiqamətində çalışır. Ancaq Ermənistanın buna nail olacağı mümkün görünmür. Çünki, birincisi, Azərbaycan 90-ların Azərbaycanı deyil, ikincisi, Ermənistan İkinci Qarabağ müharibəsində güclü zərbə alıb ki, bu zərbədən onun özünə gəlməsi üçün hələ uzun illər lazımdır. Elə siyasi ekspert Çingiz Şahbazi də bu qənaətdədir.

Newscenter.az-ın xəbərinə görə. ekspert bildirib ki, Azərbaycan, erməni separatizminə və işğalçı Ermənistana, yaxın keçmişdə layiq olduğu yeri göstərdi. Onun sözlərinə görə, Azərbaycan savaş meydanında işğalçını torpağa gömməklə bərabər, həmçinin onun qolunu, beynəlxalq platformalarda diplomatik yolla masaya basdı:

"Bu bir tarixdir. Bu gün Azərbaycan bayrağı 35 ildir işğalçıların əsarətində qalan bütün kənd və şəhərləimizdə dalğalanır. Bu günləri xalqımıza yaşatmaq üçün, səbr, təmkin, iradə, cəsarət, güc, birlik və çox böyük zəhmət sərf olunmuşdur. Bu və digər keyfiyyətlər savad və təcrübədən öz gücünü almışdır və bu qələbə bütün xalqın qələbəsidir. Bütünləşmiş bir xalqı məğlub etmək isə, hələ heç kimə nəsib olmayıb".

Çingiz Şahbazi deyib ki, əslində Ermənistanın da siyasi hakimiyyətləri və siyasət adamları öz xalqına vədələr vermişdi:

"Amma onların vədləri heç bir nəticə vermədi. Çünki, Azərbaycanın siyasi hakimiyyəti buna imkan vermədi və əvəzində isə öz xalqına verdiyi vədləri yerinə yetirdi. Bu həmçinin bizim haqlı olduğumuzu sübut etdi və məhz bu siyasi xəttdən dünyanın bir çox yerlərində istifadə ediləcəyini düşünürəm. Bütün dünya yığışıb bir işğalçının arxasında dursa, onu dəstəkləsə belə, bir gün o, mütləq şəkildə məğlub olacaqdır. Bunun üçün səbr, təmkin, cəsarət, iradə və inam lazımdır".

Anar Əliyev
Xəbəri paylaş