Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Astana sammiti mühüm əhəmiyyət kəsb edirdi

Astana sammiti mühüm əhəmiyyət kəsb edirdi


"Türk Dövlətləri Təşkilatının Astana sammiti mühüm əhəmiyyət kəsb edirdi. Sammit bir sıra mühüm məqamlarla yadda qaldı".

Newscenter.az xəbər verir ki, bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun açıqlamasında yer alıb. Analitik Qrupdan bildirilib ki, indiki həssas dönəmdə Türk dövlətlərinin bir araya gəlib öz mövqelərini ortaya qoyması, regional və qlobal miqyasda baş verən hadisələri müzakirə etməsi həm də onun göstəricisidir ki, Türk coğrafiyası da dünyanın bir parçasıdır və bu coğrafiyaya daxil olan ölkələrin də dünyada baş verən bu və ya digər hadisələrə təsir mexanizmləri var:

"Sammitdə iqtisadi sahəni əhatə edən bir sıra mühüm müzakirələr aparıldı və təşəbbüslər səsləndi ki, bu da Türk Dövlətləri Təşkilatına daxil olan ölkələr arasında iqtisadi sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsinə öz töhfəsini verə bilər".

Anar Əliyev
Xəbəri paylaş