Bu ilin 9 ayı ərzində Türkiyə xaricdən daha çox taxıl və buğda idxal edib.
Newscenter.az Türkiyə Statistika Təşkilatına istinadən bildirir ki, buğda idxalında ilk yerləri həmişəki kimi Rusiya və Ukrayna tutub. Bu dövrdə buğda idxalı 2 milyard 833 milyon dollar təşkil edib.
Hesabat dövründə Rusiyadan 2 milyard 88,7 milyon dollar, Ukraynadan isə 702,2 milyon dollar dəyərində buğda idxal olunub. Bu iki ölkənin ümumi buğda idxalında payı təxminən 98,5 faiz təşkil edib.
Natiq Orucov