Türkiyədə sürət qatarı ilə səyahət edən sərnişinlərin sayı 80 milyon nəfərə çatıb.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu verib.
Türkiyənin sürətli qatar texnologiyasından istifadə edən dünyanın 8-ci, Avropanın isə 6-cı ölkəsi olduğunu diqqətə çatdıran nazir, sürətli, rahat və təhlükəsiz səyahətləri ilə seçilən sürətli qatarların vətəndaşlar tərəfindən bəyənildiyini və üstünlük verildiyini bildirib.
Abdulkadir Uraloğlu 2053 Nəqliyyat Master Planı çərçivəsində daha 52 vilayətin sürətli qatar xətləri ilə birləşdiriləcəyini deyib.
Natiq Orucov