Bu ilin 9 ayında ixracatda ilk yeri un tutub.
Newscenter.az Türkiyə Statistika Təşkilatına istinadən bildirir ki, qeyd olunan müddətdə un ixracı 1 milyard 102,9 milyon dollara çatıb.
İxracatda sonrakı yerləri isə 727 milyon dollarla təmizlənmiş günəbaxan yağı və 616,3 milyon dollarla fındıq ləpəsi tutub. Qeyd edilən məhsullar yanvar-sentyabr ayları ərzində ümumi ixracın təxminən 13,9 faizini təşkil edib. Eyni dövrdə ən çox idxal edilən məhsul 2 milyard 832,4 milyon dollarla buğda olub.
Buğdadan sonra 1 milyard 422,1 milyon dollarla soya, 1 milyard 99 milyon dollarla xam günəbaxan yağı gəlir. Yanvar-sentyabr ayları ərzində bu 3 məhsul ümumi idxalın 31,7 faizini təşkil edib.
Natiq Orucov