Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vaşinqtonun təlimatı ilə Paşinyan praqmatik olaraq prosesə yanaşır

Vaşinqtonun təlimatı ilə Paşinyan praqmatik olaraq prosesə yanaşır


Ermənistanın qeyri-konstruktiv mövqeyindən geri çəkilələrək Azərbaycanla birgə müəyyən razılaşmalara getməsi əsasən, Vaşinqtonun N. Paşinyana təzyiqindən irəli gəlir. Təbii ki, bu, Azərbaycanın prinsipial olaraq Vaşinqtonun təzyiqləri fonunda geri çəkilməməsi, Ermənistan tərəfinə təklif etdiyi ikitərəfli danışıqları Yerevan və Vaşinqton tərəfindən qəbul edilməsidir.

Vaşinqtonun təlimatı ilə N. Paşinyan praqmatik olaraq prosesə yanaşır və siyasi iradə ortaya qoymağa çalışır. Qeyd edim ki, Ermənistan parlamentində büdcə xərclərində müdafiə xərcləri azaldılıb. Bunu sülh naminə etdiklərini qeyd edirlər. Amma, birtərəfdən də silahlanırlar. Buna baxmayaraq baş verənlər pozitiv bir prosesdir. Bundan başqa Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycanın namizədliyini dəstəkləyir. Azərbaycan isə Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir. Bu, sülh istiqamətində atılan mühüm addımdır.

Artıq, Ermənistan tərəfi bir çox iddialardan geri çəkilib. Halbuki, 15 gün bundan əvvəl, Ermənistanın mövqeyində ciddi dəyişikliklər baş vermirdi.
Ermənistan anklavlarla bağlı, qoşunların "Güzgü prinsipi"ilə geri çəkilməsi ilə bağlı şərtlərindən geri çəkilib. Həmçinin "Zəngəzur' dəhlizinin maneəsiz istifadəsi ilə Azərbaycanın təklifinə müsbət cavab verib.

Ermənistanla birgə sərhəddə bir neçə istiqamətdə nişanlanma işi aparılıb. Bundan əlavə, Qarabağdan könüllü köçən ermənilərin beynəlxalq müşahidəçilərin vasitəçiliyi ilə geri dönüş təklifini də geri götürüb. Əgər, proseslər bu istiqamətdə davam edərsə, gələn ilin yazına kimi sülh müqaviləsi bağlana bilər.

Məhəmməd Əsədullazadə
Milli Cəbhə partiyasının sədrinin müavini
Xəbəri paylaş