"Rusiya tərəfinin güclü ballistik raketlərlə, hansı ki, Gəncədə də bir məhəlləni, insanları qırmışdı, Ukraynanın Poltava şəhərində İnstitut binasını və xəstəxananı vurması, böyük insan tələfatına səbəb olub. Son məlumata görə, 51 nəfər ölüb 271 nəfər ağır xəsarət alıb, ölənlərin sayı artır. Çox dəhşətli qəddar və qeyri-bərabər hüquqlu müharibə gedir".
Newscenter.az xəbər verir ki, bunu İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay deyib. O bildirib ki, Rusiya tərəfi Ukraynaya yönəli əlindəki bütün hərbi vasitələrdən, kütləvi qırğın törədən ağır raketlərdən istifadə edir:
"Heç nəyə baxmayaraq binalarını hədəfə alır, mülki əhalini qırır, yaşam, enerji infrastrukturlarını məhv edir.
Ukrayna tərəf isə, yalnız dronlardan istifadə ilə Rusiya ərazisindəki bir neçə neft çənlərini vura bilir. Qərb isə, çox böyük təntənə ilə Ukraynaya dəstək üçün verdiyi iF-16 təyyarələr, uzaqvuran raket silahların Rusiyaya qarşı adekvat cavabla istifadəsinə razılıq vermir. Bu, nə deməkdir?!
Belə müharibə olur? Onda, bu silahlar Ukrayna üçün niyə verilir, saxlayıb üzünə baxmağa?! Bu müharibənin bitməsi yolu sülhdür. Ya, Ukrayna Rusiya kimi silahlanaraq ona tam eyni, adekvat zərbə vurmalıdır, ki, Kreml güc silah bərabərliyi görərək, sülhə getsin. Ya da, Qərb geri çəkilib, Ukraynaya imkan verməlidir ki, Gürcüstan kimi ərazisinin bir hissəsini Kremlə buraxaraq, sülhə və atəşkəsə gedilsin".
Anar Əliyev