Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Misir prezidenti Türkiyəyə gəldi

Misir prezidenti Türkiyəyə gəldi


Misir prezidenti Əbdülfəttah əs-Sisi prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə rəsmi səfər çərçivəsində Ankaraya gəlib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, Misir prezidenti Sisi Esenboğa hava limanında prezident Ərdoğan tərəfindən qarşılanıb.

Səfər çərçivəsində prezident Ərdoğanın fevralın 14-də Qahirəyə səfəri zamanı imzalanan Birgə Bəyannaməyə uyğun olaraq yenidən qurulan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk iclası keçiriləcək.

Şuranın iclasında Türkiyə-Misir münasibətlərinin bütün aspektləri nəzərdən keçiriləcək və ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün gələcəkdə atılacaq birgə addımlar müzakirə olunacaq.

Görüşlərdə ikitərəfli münasibətlərlə yanaşı, aktual regional və qlobal problemlər, xüsusilə də İsrailin Qəzzaya və işğal olunmuş Fələstin torpaqlarına hücumları ətrafında fikir mübadiləsi aparılacaq.

Anar Əliyev
Xəbəri paylaş