Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mərkəzi Seçki Komissiyasının sədri Nurlan Abdirovu qəbul edib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən xəbər verir ki, MSK sədri tərəfindən prezidentə respublika referendumunun yenilənmiş qanunvericiliyə uyğun hazırlanması və təşkili ilə bağlı məlumat verilib.
Həmçinin, Qasım-Jomart Tokayevə Mərkəzi Seçki Komissiyasının inkişaf strategiyasının həyata keçirilməsinin əsas aspektləri barədə məlumat verilib.
Görüşün sonunda Tokayev MSK sədrinə referendumla bağlı bir sıra konkret tapşırıqlar verib.
Anar Əliyev