Türkiyə Türkmənistanın Türk Dövlətləri Təşkilatına tamhüquqlu üzv olmasını istəyir.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Türkiyənin Aşqabaddakı səfiri Əhməd Demirok türk dünyası ailəsinin çox mühüm üzvü olan Türkmənistanın Türk Dövlətləri Təşkilatına və Türk Dövlətləri Parlament Assambleyasına tamhüquqlu üzv kimi daxil olmasını arzuladıqlarını bildirib.
Türkiyənin Aşqabaddakı səfiri Əhməd Demirok Türkiyə ilə Türkmənistan arasındakı əlaqələri və iki ölkənin əməkdaşlığını dəyərləndirib.
Türkiyənin Türkmənistanın müstəqilliyini tanıyan ilk ölkə olduğunu xatırladan Demirok, həmçinin Türkiyənin Aşqabadda səfirlik açan ilk ölkə olduğunu da deyib.
Səfir Türkiyənin rəsmi qurumları, iş adamları və qeyri-hökumət təşkilatlarının bu prosesdə türkmən qardaşlarının yanında olduğunu bildirib.
Anar Əliyev