Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

11 sentyabr hadisələrindən 23 il keçir

11 sentyabr hadisələrindən 23 il keçir


"Əl-Qaidə" terror təşkilatı tərəfindən Birləşmiş Ştatların Nyu-York şəhərinə edilən terror hücumundan 23 il keçir.

Newscenter.az xatırladır ki, 2001-ci il sentyabr ayının 11-də ABŞ-nin Nyu-York və Vaşinqton şəhərlərindəki hədəflərə qarşı silsilə terror aktı həyata keçirilib.

Belə ki, 11 sentyabrda yerli vaxtla saat 08:46-da "American Airlines" (Amerika hava yolları) şirkətinə məxsus sərnişin təyyarəsi Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin Şimal qülləsinə çırpılır. 09:03 radələrində isə Cənub qülləsi bənzər hücuma məruz qalır. Sonuncu hücumdan 40 dəqiqə sonra ABŞ Müdafiə Nazirliyi bildirib ki, Pentaqonun binası da intiharçıların idarə etdikləri təyyarə tərəfindən vurulub. Bu hücumdan 25 dəqiqə keçdikdən sonra eyni məqsədlə qaçırılan bir sərnişin təyyarəsinin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurularaq zərərsizləşdirildiyi açıqlandı. Həmin təyyarənin hədəfinin Ağ Ev olduğu bildirilirdi.

Mehman Mehdiyev
Xəbəri paylaş