ABŞ hökuməti Ermənistana maliyyələni iki dəfə artıraraq 250 milyon dollara çatdırıb.
Newscenter.az news.am-a istinadən bildirir ki, Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin erməni missiyasının direktoru Con Alelo Ermənistan və ABŞ arasında inkişaf əməkdaşlığı qrant sazişinə düzəliş imzalayıblar. Sənədə əsasən, USAID sazişi çərçivəsində nəzərdə tutulan məbləğin həddi iki dəfədən çox artırılaraq 120 milyon dollardan 250 milyon dollara çatdırılacaq.
Həmçinin iki ölkə arasında keçiriləcək birgə layihələrin sahələri genişləndiriləcək.
Genişləndirilmiş saziş fəlakət risklərinin idarə edilməsi, kibertəhlükəsizlik, ərzaq və enerji təhlükəsizliyi, regional əməkdaşlıq və ticarət, demokratik proseslər və inklüziv iqtisadi inkişaf kimi əsas sahələri əhatə edəcək.
Anar Əliyev