Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan MAQATE-yə müraciət edə bilər

Azərbaycan MAQATE-yə müraciət edə bilər


Ermənistan istər işğal dövründə, istərsə də ondan əvvəl və sonra Azərbaycan ərazilərini. ekologiyasını dabamlı olaraq çirkləndirib. ətraf mühit üçün təhlükəli vəziyyət yaradıb. Bu sırada Azərbaycan, eləcə də region üçün ən ciddi ekoloji təhdid "Metsamor" Atom Elektrik Stansiyasıdır.

Newscenter.az-ın xəbərinə görə. məsələ ilə bağlı ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov deyib ki, Ermənistanın "Metsamor" atom elektrik stansiyasının radioaktiv artıqlarını Azərbaycanın işğal etdiyi ərazilərində, təxminən təmas xəttingəki beş rayon ərazisində basdırdığı xəbərləri vaxtı ilə gündəmə gəlirdi:

"Azərbaycan bu faktın həqiqiliyini Ermənistandan rəsmi şəkildə soruşmalıdır. Ermənistan da buna rəsmi cavab verməlidir. Sülh müqaviləsinə də belə bir bənd salınmalıdır ki, gələcəkdə vaxtı ilə Ermənistanın işğal etdiyi ərazilərdə bu kimi faktlar ortaya çıxsa, bunun məsuliyyətinin Ermənistanın üzərinə düşəcəyi bəlli olsun".

Azər Qasımov deyib ki, bunu dəqiqləşdirməyin müasir üsulları olmamış deyil:

"Kosmosdan radioaktiv şüalanma ocaqlarının müəyyən edilməsi üçün müasir texnologiya vardır. Azərbaycan bunun üçün MAQATE-yə müraciət edə bilər. Əslində bu daha doğru yol olar. Beynəlxalq nəzarət altında bu məsələ olsa, daha yaxşı olar.
Azərbaycan bu faktdan Ermənistana təzyiq üçün ciddi istifadə edə bilər. Fakt müəyyən edilərsə, Ermənistan bilavasitə zərbə altına düşür. Çünki bu nüvə artıqlarnın Ermənistandan gəlməsi faktı danılmazdır. Əgər fakt yoxdursa belə, onun Azərbaycan ərazisindən çıxmaq qorxusu Ermənistan üçün siyasi təzyiqdir".

Anar Əliyev
Xəbəri paylaş