ABŞ dövlət katibi Antoni Blinken, Britaniya xarici işlər naziri Devid Lemmi ilə görüşüb və görüşdə əsas mövzu Rusiya və Ukrayna arasında gedən müharibə olub. İranın Rusiyaya ötürdüyü ballistik raketlər görüşün əsas müzakirə mövzusuna çevrilib. Həmçinin Rusiya, İrana nüvə texnologiyaları daxil, digər texnologiyaların da verilməsinə görə günahlandırılıb. ABŞ dövlət katibi, Birləşmiş Ştatların İrana qarşı yeni sanksiyaların tətbiq edilməsi haqda düşündüyünü qeyd edib.
Newscenter.az xəbər verir ki, cərəyan edən prosesləri şərh edən siyasi ekspert Çingiz Şahbazinin sözlərinə görə, İranın Rusiyaya verdiyi ballistik raketlər artıq bu ölkədədir:
"Yaxın günlərdə Rusiya onlardan Ukraynaya və yaxud da Avropa ölkələrinə qarşı istifadə edəcək, ehtimalı var. Almaniya, Fransa və Britaniya artıq Tehranın bu addımını pisləyən bəyanat yayıblar. Bəyanatda, İranın verdiyi ballistik raketlər, Rusiya tərəfindən Avropanın təhlükəsizliyinə hədə kimi qəbul edilir. Artıq NATO-nun bir sıra ölkələri, Ukraynaya Qərbin silahları ilə, Rusiyanın dərinliklərinin vurulması üçün çağırışlar edirlər".
Ekspertin qənaətincə, görünən odur ki, İranın yürütdüyü uğursuz siyasət, yaxın gələcəkdə onun başına bəla açacağını göstərir:
"Bu uğursuz siyasət sözsüz ki, Rusiyanı da rahat buraxan deyil. Artıq savaş Rusiyanın içinə doğru istiqamət alır və hətta dərinliklərinə götürülməsi üçün zəmin yaradılıb, desək yanılmarıq. Bu zəmin Qərbin əlində tutarlı səbəb kimi istifadə olunacaq".
Anar Əliyev