Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xalqın milli-mənəvi dəyərlərinə, mentalitetinə hörmət etməyən xalq artistləri

Xalqın milli-mənəvi dəyərlərinə, mentalitetinə hörmət etməyən xalq artistləri


Bu ad onlardan alınmalıdır!

"Xalq artisti adını daşıyıb efirlərə lüt, alt paltarında çıxan şəxslər var. Bu birmənalı olaraq qəbul edilməməlidir".

Newscenter.az xəbər verir ki, bunu ictimai fəal Anar Salehoğlu deyib. O qeyd edib ki. SSRİ dövründə televiziyalara, efirlərə buraxılmazdan əvvəl hər kəs başdan-ayağa yoxlanırdı, onların efirə uyğunluq səviyyəsi müəyyən olunurdu:

"İndi hər yoldan keçən, geyimindən, səviyyəsindən, statusundan asılı olmayaraq efirə çıxır, milli-mənəvi dəyərlərimizi ayaqlar altına salır və heç kim bunlara dur demir. Ən çox gündəmdə olan isə Röya il Aygündü. Hər ikisi ürəkləri nə istəyir geyinib çıxırlar konsert verirlər, milyonlar qazanırlar, mədəniyyətə, milli dəyərlərə, mentalitetə zərbələr endirirlər. Təəssüf ki, cəmiyyətimizdə onları dəstəkləyən, onlara fanatlıq edənlər çoxdur.
Son zamanlarda Röyanın bir konserti olub. Həmin konsertdə yarıçılpaq "Laçınım" mahnısını oxuyub müqəddəs bayrağımızı da əlinə alıb. Əminəm ki, rəhmətlik Məhəbbət Kazımovun ruhu məzarında narahat olub".

Anar Salehoğlu deyib ki, alt paltarında "Laçınım" oxumurlar, bu mahnı vətən həsrəti, ürək yanğısı ilə yazılıb:

"Digər tərəfdən, o, biabırçı vəziyyətdə üzərində şəhidlərimizin qanı olan bayrağımıza çirkli əllərinlə toxunmamalısan. Layiq olanlar qalıb kənarda, baxın kimlərə "Xalq artisti" adı verilib... Heyif...!".



Anar Əliyev
Xəbəri paylaş