Türkmənistanın Ankaradakı səfirliyi, EkoAvrasiya Fondu və Türk Dünyası Vətəndaş Cəmiyyəti Əməkdaşlıq Birliyinin (TÜRKŞİT) birgə təşkilatçılığı ilə “Müstəqilliyin 33-cü ilində Türkmənistan-Türkiyə münasibətləri” adlı görüş keçirilib.
Newscenter.az xəbər verir ki, bu barədə EkoAvrasiya İdarə Heyətinin sədri Hikmet Eren məlumat verib. O bildirib ki, proqramda Türkmənistanın son illərdə apardığı islahatlar, bu ölkənin mövcud iqtisadi, sosial və siyasi potensialı, Türkiyə-Türkmənistan əlaqələri və əməkdaşlıq imkanları müzakirə edilib.
Görüş zamanı ölkələrin mövcud imkanları iştirakçılar tərəfindən hərtərəfli qiymətləndiriləcək və bölgənin sabitliyinə verəcəyi töhfələr ətrafında fikir mübadiləsi aparılıb.
Süleyman