Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ərdoğanın Amerika səfəri başa çatıb

Ərdoğanın Amerika səfəri başa çatıb


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Birləşmiş Millətlər Təşkilatının (BMT) 79-cu Baş Assambleyasında iştirak etmək üçün getdiyi ABŞ-dakı təmasları başa çatıb.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, Türkiyə lideri bu gün vətənə dönüb.

Prezident Ərdoğan və onu müşayiət edən şəxsi daşıyan “CAN” adlı şəxsi təyyarə saat 09.30-da Atatürk Hava Limanına eniş edib.

Ərdoğanı Atatürk Hava Limanında vitse-prezident Cevdet Yılmaz, gənclər və idman naziri Osman Aşkın Bak, İstanbul valisi Davud Gül və digər rəsmi şəxslər qarşılayıblar.

Prezident Ərdoğan və xanımı Əminə Ərdoğan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, xəzinə və maliyyə naziri Mehmet Şimşək, sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır, ticarət naziri Ömər Bolat, Milli Kəşfiyyat Təşkilatının direktoru İbrahim Kalın, Prezident Administrasiyası Kommunikasiya direktoru Fahrettin Altun, prezidentin Xarici İşlər və Təhlükəsizlik Baş müşaviri Akif Çağatay Kılıç müşayət edib.


Anar Əliyev
Xəbəri paylaş