Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hərbi Tibb Akademiyası açılacaq

Hərbi Tibb Akademiyası açılacaq


Qazaxıstanda yeni Hərbi Tibb Akademiyası açılacaq.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, yeni təhsil müəssisəsi Müdafiə Nazirliyinin Almatıdakı Hərbi Tibb Mərkəzinin bazasında yaradılacaq.

Bunun üçün Silahlı Qüvvələrin Baş Hərbi-Tibb İdarəsi ixtisaslaşdırılmış ali təhsil müəssisəsinin yaradılması üçün layihə hazırlayıb.

Hazırda Marat Ospanov adına Qərbi Qazaxıstan Tibb Universiteti ilə əməkdaşlıq çərçivəsində Aktobedəki Hava Hücumundan Müdafiə Qoşunlarının Hərbi İnstitutunun bazasında hərbi həkimlər hazırlanır. Diplomdan sonrakı tibb təhsili proqramı üzrə hərbi tibb kadrlarının hazırlanması Milli Müdafiə Universitetinin Hərbi Tibb Kafedrasının bazasında “Astana” Tibb Universiteti ilə akademik mobillik çərçivəsində həyata keçirilir.

Mehman Mehdiyev
Xəbəri paylaş