"Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur".
Newscenter.az xəbər verir ki, bunu YAP üzvü Anar Məmmədov deyib. O bildirib ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır:
"Güclü Azərbaycan dövləti bütün bu işlərlə yanaşı canı-qanı bahasına torpaqlarımızı düşmən tapdağından azad etmiş hərbçilərimizi, şəhid ailələrini, qazilərimizi daim diqqət mərkəzində saxlayır, onlar üçün lazım olan hər bir şəraiti yaradır. Ehtiyacı olan bütün qazilərə, şəhid ailələrinə dövlət tərəfindən lazımi köməklik göstərilməkdədir".
Anar Əliyev