Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şuşada mediaya yönəlik növbəti tədbir dərin iz buraxdı

Şuşada mediaya yönəlik növbəti tədbir dərin iz buraxdı


"Şuşada mediaya yönəlik növbəti tədbir maraqlı müzakirələri, məzmunlu mesajları, bir sözlə öz əhəmiyyəti ilə yaddaşımızda dərin iz buraxdı".

Newscenter.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının sədr müavini Natiq Məmmədli deyib. O bildirib ki. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yüksək səviyyəli təşkilatçılığı ilə baş tutan “İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusunda ikigünlük seminar media ilə dialoqun gözəl nümunəsi oldu:

"Seminar çərçivəsində Xankəndində Qarabağ Universitetinə getdik, tədris prosesini izlədik, ilk dəfə Universitetin loqosu ilə tanış olduq.

BDU-da dərs dediyim sevimli tələbəm Bayram Quliyevi Qarabağ Universitetinin auditoriyasında müəllim kimi görməyin qürurunu yaşadım.

Şuşada səhər o başdan işə tələsən Kərim Kərimli ilə “Güllü bağ”ın qarşısında qucaqlaşıb hal-əhval tutmaq da varmış qismətdə".

Natiq Məmmədli, "Yenidən qurulan, dirçələn Ağdamda gəldik, şəhər məscidini, İamrəti ziyarət etdik.

Əziz Şuşadan, doğma Qarabağdan həmişə olduğu kimi xoş və dolğun təəssüratla ayrıldıq",-deyə vurğulayıb.

Süleyman
Xəbəri paylaş