Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Monqolustana səfər edəcək.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, səfər cari ilin oktyabr ayında baş tutacaq.
Qazaxıstan və Monqolustan prezidentləri dövlət başçıları səviyyəsində ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə edəcəklər.
Onların arasında Qazaxıstan-Monqolustan biznes şurasının yaradılması, ölkələr arasında birbaşa hava nəqliyyatının təşkili və yüksək sürətli avtomobil yolunun tikintisi də var.
Anar Əliyev