Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tramp dünyanı heyrətə salmaqda davam edir

Tramp dünyanı heyrətə salmaqda davam edir


ABŞ lideri Donald Tramp dünyanı heyrətə salmaqda davam edir. Çin mallarına 53% gömrük vergisi, Azərbaycandan gedən mallara isə 10%. Hər ölkəyə fərqli yanaşma. Bu siyasətə proteksionizm deyilir.

Newscenter.az xəbər verir ki, bu fikirləri tarixçi Rəfael Eminov səsləndirib. O deyib ki, proteksionizm dövlətin yerli istehsalçıları qorumaq üçün xarici mallara əlavə vergi və məhdudiyyətlər tətbiq etməsidir:

"Məqsəd xaricdən gələn malları bahalaşdırmaq və insanları yerli məhsul almağa yönəltməkdir".

O qeyd edib ki, bu siyasətin müsbət tərəfləri var:

"Yerli istehsal güclənir. İş yerləri yarana bilər. Ölkənin iqtisadi müstəqilliyi artar. Amma mənfi tərəfləri də az deyil. Belə ki, mallar bahalaşır, xarici ölkələrin cavabları qarşılığında ticarət müharibələri başlayır. İstehlakçı keyfiyyətli və ucuz məhsuldan məhrum olur. Dünya sürətlə qloballaşır. Proteksionizm isə əks istiqamətdə gedir".

Anar Əliyev
Xəbəri paylaş