Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Keçən ay 110 795 ev satılıb

Keçən ay 110 795 ev satılıb


Türkiyədə mənzil satışları artıb.

Newscenter.az Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən bildirir ki, ölkə
daxilində mənzil satışlarının sayı mart ayında keçən ilin eyni ayına görə 5,1 faiz artaraq 110 min 795-ə çatıb.

Hesabat ayında ən çox ev İstanbulda satılıb. Burada satılan evlərin sayı 19 820 ədəd təşkil edib. İstanbulu 10 203 ev satışı ilə Ankara izləyib. Üçüncü yerdə isə 7 513 ev satışı ilə İzmir qərarlaşıb.

Mənzil satışının ən az olduğu vilayət isə Ardahandır. Burada mart ayında cəmi 28 ev satılıb. Sonrakı yerləri 33 evlə Bayburt və 63 evlə Tunceli tutub.

Mehman Mehdiyev
Xəbəri paylaş