Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Çin ABŞ-ın bir sıra mallarına əlavə rüsumları aradan qaldıracaq

Çin ABŞ-ın bir sıra mallarına əlavə rüsumları aradan qaldıracaq


Çin noyabrın 10-dan etibarən bəzi ABŞ mallarına tətbiq edilən əlavə rüsumları aradan qaldıracaq.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Çin Dövlət Şurasının Gömrük Tarifləri Komitəsinin açıqlamasında qeyd olunur.

"Çin-ABŞ ticarət-iqtisadi məsləhətləşmələri zamanı əldə olunmuş konsensusun həyata keçirilməsi üçün 10 noyabr 2025-ci il saat 13:01-dən Çin Xalq Respublikası Dövlət Şurasının Gömrük Tarifi Komitəsinin elanında nəzərdə tutulmuş əlavə rüsumların yığılması üzrə tədbirlərin həyata keçirilməsi dayandırılacaq", - Departamentin açıqlamasında bildirilir.

Oktyabrın 9-da Çinin Ticarət Nazirliyi nadir torpaq metallarının və əlaqəli texnologiyaların ixracına nəzarətin gücləndirilməsi ilə bağlı iki sənəd dərc edib. Oktyabrın 10-da Tramp ABŞ-ın noyabrın 1-dən və ya daha əvvəldən Çin məhsullarına əlavə 100% tariflər, eləcə də proqram təminatına ixrac nəzarəti tətbiq edəcəyini açıqladı. O, həmçinin Çinə digər malların, ilk növbədə təyyarə hissələrinin tədarükünə mümkün məhdudiyyətlər barədə xəbərdarlıq edib.

Oktyabrın 30-da Çin prezidenti Si Tsinpinlə görüşdən sonra ABŞ prezidenti Donald Tramp Çinin ABŞ-a nadir torpaq metalları ilə maneəsiz tədarükünü davam etdirməyə razılaşdığını açıqlayıb.

Anar Əliyev
Xəbəri paylaş