
Yaxın həftələrdə Tayvana 28 ədəd Amerika istehsalı M1A2T Abrams tankı çatdırıla bilər.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə "Taipei Times" qəzeti məlumat yayıb. Qəzet bildirib ki, çatdırılma mart ayına qədər baş tuta bilər.
Adanın Müdafiə Nazirliyi yük gəmiləri ilə Tayvana tankların çatdırılmasını mümkün qədər tez bir zamanda fəal şəkildə təşkil edir. Gözlənilən çatma vaxtı fevralın sonu ilə martın əvvəlləri arasındadır.
Qeyd edək ki, M1A2T, Amerika M1 Abrams tankının yeni bir variantıdır. Vaşinqton 2019-cu ildə Taypeyə bu nəqliyyat vasitələrindən 108-nin satışını təsdiqləyib. Müqavilənin ümumi dəyəri təxminən 40,5 milyard Tayvan dolları (müqavilə bağlandığı zaman təxminən 1,45 milyard dollar) təşkil edib. Ada artıq 80 tank alıb. Bunlardan 38-i 2024-cü ilin dekabrında, 42-si isə 2025-ci ilin iyulunda.
Anar











































