
Soyuq hava şəraiti və qaz anbarlarının sürətlə tükənməsi fonunda Avropa yanvar ayında mayeləşdirilmiş təbii qaz (LNG) idxalı üzrə bütün zamanların rekordunu qırıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Gas Infrastructure Europe (GIE) şirkətinin məlumatlarına əsaslanan hesabatda qeyd edilib.
Məlumata görə, yanvar ayında Avropa terminallarından Aİ qaz ötürmə sisteminə mayeləşdirilmiş təbii qaz axını təxminən 12,7 milyard kubmetr təşkil edib ki, bu da 2025-ci ilin dekabr ayı ilə müqayisədə 0,1% az və 2025-ci ilin yanvar ayı ilə müqayisədə 22% çoxdur.
Avropa Qaz Ötürücü Sistemi Operatorları Şəbəkəsinin (ENTSOG) 30 yanvar tarixinə olan məlumatlarına görə, yanvar ayında Avropa qaz mənbələri arasında mayeləşdirilmiş təbii qaz təchizatı 27,7% təşkil edərək ikinci yeri tutub.
Anar











































