Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və BƏƏ arasında artan münasibətlərin gələcəkdə ən yüksək səviyyəyə çatdırılması hədəflənir

Azərbaycan və BƏƏ arasında artan münasibətlərin gələcəkdə ən yüksək səviyyəyə çatdırılması hədəflənir


"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BƏƏ-yə səfərinin ən mühüm və maraqlı hissəsi Əbu-Dabidə keçirilən “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki hərbi təlimi olub. Son dövrlər regionda gərginləşən geosiyasi vəziyyət fonunda Körfəzin ən güclü dövlətlərindən biri olan BƏƏ ilə Cənubi Qafqazın lider ölkəsi Azərbaycanın hərbi sahədə əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır və beynəlxalq səviyyədə maraqla qarşılanır".

Newscenter.az xəbər verir ki, bunları politoloq Zeynal Əmrəliyev deyib. O bildirib ki, bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi üçün real imkanlar mövcuddur:

"Ölkələr arasında qarşılıqlı niyyət protokolunun imzalanması gələcəkdə daha geniş və sistemli hərbi əməkdaşlığa start veriləcəyi fikrini gücləndirir. Səfər çərçivəsində Azərbaycan Dövlət İqtisadiyyat Nazirliyinə məxsus Southern Gas Corridor CJSC şirkətinin qeyri-nəzarətçi payının BƏƏ-nin investisiya bölməsi XRG tərəfindən alınmasına dair sənədin imzalanması da xüsusi əhəmiyyət kəsb edir. Bu addım iki ölkə arasında enerji sahəsində bazar iştirakını və investisiya əməkdaşlığını artırmağa yönəlib".

Politoloq hesab edir ki, Əbu-Dabi və Bakı arasında yüksələn enerji əməkdaşlığının gələcəkdə daha da inkişaf etdirilməsi, eləcə də BƏƏ-dən olan iş adamlarının Azərbaycan iqtisadiyyatına daha çox investisiya yatırması əsas gözləntilər sırasındadır:

"Xüsusilə Azərbaycanın zəngin turizm potensialı BƏƏ investorları üçün cəlbedici hesab olunur. Bununla yanaşı, ərəb investorların işğaldan azad edilmiş bölgələrdə müxtəlif layihələr həyata keçirməsi də maraq doğurur. Hazırda Qarabağ və Şərqi Zəngəzur bölgələri xarici investorlar üçün “investisiya cənnəti” kimi qiymətləndirilir.

Səfər zamanı ikitərəfli münasibətlərlə yanaşı, regionda baş verən geosiyasi proseslərin, o cümlədən Yaxın Şərqdə yaşanan son hadisələrin də müzakirə edildiyi istisna deyil. Azərbaycan bu gün regionun aparıcı dövləti kimi beynəlxalq siyasətdə də əsas aktorlardan biri qismində çıxış edir. Yaxın Şərqdə sülh və sabitliyin təmin olunmasında ölkəmizin son dövrlərdə oynadığı fəal rol beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qalmır".

Politoloq deyib ki, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında artan münasibətlərin gələcəkdə ən yüksək səviyyəyə çatdırılması hədəflənir:

"Bakı və Əbu-Dabi arasında qardaşlaşma əlaqələri üçün memorandumun imzalanması da bu strateji yaxınlaşmanın bariz göstəricisidir".

Anar
Xəbəri paylaş
ซื้อหวยออนไลน์