
İran ABŞ ilə nəzərdə tutulan danışıqlarla bağlı şərt irəli sürüb.
Newscenter.az TASS-a istinadən bildirir ki, Tehran danışıqlar formatını ikitərəfli formata dəyişmək və məkanı Türkiyədən Omana köçürmək niyyətindədir.
Agentlik yazır ki, bu barədə Axios öz mənbələrinə istinadən məlumat yayıb.
Məqalədə deyilir:
"İran cümə günü ABŞ ilə danışıqları İstanbuldan Omana köçürmək istəyirlər. Onlar həmçinin danışıqların bir neçə ərəb və müsəlman ölkəsinin müşahidəçi kimi iştirakı əvəzinə, tək ABŞ-ın iştirakı ilə ikitərəfli şəkildə keçirilməsini istəyirlər".











































