Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sərnişin avtobusu aşdı, çoxlu sayda yaralı var

Sərnişin avtobusu aşdı, çoxlu sayda yaralı var


Qazaxıstanda sərnişin avtobusunun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, hadisə Abay rayonunda qeydə alınıb.

Regional polis idarəsinin məlumatına görə, hadisə Semey-Kainar yolunun 62-ci kilometrliyində, Znamenka kəndi yaxınlığında baş verib.

İlkin məlumata görə, 52 yaşlı sürücünün idarə etdiyi SETRA sərnişin avtobusu yoldan çıxaraq aşıb. Avtobusda 50 sərnişin olub.

Yol qəzası nəticəsində sərnişinlər xəsarət alıb. Yaralılara vaxtında tibbi yardım göstərilib.
Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.

Anar
Xəbəri paylaş