Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ-İran danışıqları gərginliyi bir qədər yumşalda bilər

ABŞ-İran danışıqları gərginliyi bir qədər yumşalda bilər


Gözlənilən Amerika-İran danışıqlarına günlər qalır. Şənbə günü Əbu-Dabidə baş tutacaq danlşıqlara ümid bəsləyənlər də var, onun nəticəsiz başa çatacağını deyənlər də.

Newscenter.az-ın xəbərinə görə, siyasi şərhçi Əli Orucov hesab edir ki, Trampin tələbləri daha dərindir:

“İranın resurslarına və Hörmüz boğazına nəzarəti ələ keçirmək. Məhz ABŞ-İran danışıqlarını da dalana bu faktorlar dirəyəcək. Çünki İranla bağlı Rusiyanın və Çinin də maraqları var. Supergüclərin İran üzərindəki mənafelərinin toqquşması problemin diplomatik vasitələrlə nizamlanmasını çətinləşdirir. Ona görə də şənbə günü Omanda ABŞ-İran görüşünün nəticə verəcəyini o qədər də ehtimal etmirəm. Bununla belə danışıqlar ritorikanı və gərginliyi bir qədər yumşalda bilər”.

Süleyman
Xəbəri paylaş