Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Ermənistan arasında qarşıdurma səhifəsi geridə qalıb

Azərbaycan və Ermənistan arasında qarşıdurma səhifəsi geridə qalıb


Ermənistan və Azərbaycan dinc gələcək qurmağa diqqət yetirməlidirlər, ölkələr arasında qarşıdurma səhifəsi artıq arxada qalıb.

Newscenter.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan 2026-cı il Zayed İnsan Qardaşlığı Mükafatının təqdimetmə mərasimində çıxışı zamanı bildirib.

"Bu mərasim yalnız sülhün bərqərar olmasını qeyd etməklə bağlı deyil. Bu, Ermənistanla Azərbaycan arasındakı qarşıdurmanın səhifəsinin çevrildiyinin ifadəsidir. Əks halda, mənim və ya Azərbaycan Prezidentinin buraya gəlib buna layiq görülməyimiz mənasız olardı", - deyə o bildirib.

Paşinyan qeyd edib ki, dinc bir gələcək qurmaq lazımdır:

"Biz xalqlarımız üçün dinc və firavan bir gələcək qurmağa diqqət yetirməliyik".

Süleyman
Xəbəri paylaş