
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (silahlı qüvvələrin elit bölməsi) pilotsuz uçuş aparatı (PUA) bütün tapşırıqları uğurla yerinə yetirib.
Newscenter.az xəbər verir ki, bu barədə Tasnim xəbər agentliyi məlumat verib. Bildirilib ki, PUA ilə əlaqə kəsilməzdən əvvəl lazımi məlumatları ötürülüb.
ABŞ Mərkəzi Komandanlığının sözçüsü kapitan Tim Hokins bildirib ki, Amerikanın F-35C qırıcı təyyarəsi Ərəb dənizində USS Abraham Linkoln təyyarədaşıyan gəmisinə yaxınlaşan İranın PUA-sını vurub.
Tasnim mənbəyinin məlumatına görə, İran hakimiyyəti hazırda PUA ilə əlaqənin kəsilməsinin səbəbini müəyyən edə bilmir və məsələni araşdırır. Şahed-129 dronu normal və qanuni missiyasının bir hissəsi olaraq açıq sularda kəşfiyyat və fotoqrafiya aparırmış.
Anar











































