
İsrail ABŞ ilə təmaslarında Vaşinqtonun Tehranla danışıqları ilə bağlı müəyyən tələblərdə israr edir.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə İsrail Televiziyasının 12-ci Kanalı yüksək vəzifəli İsrail rəsmisinə istinadən məlumat verib.
Yerusəlimdə İsrail Baş naziri Binyamin Netanyahu ilə ABŞ Prezidentinin müşaviri Stiven Vitkov arasında keçirilən görüşün məzmunu ilə tanış olan televiziya iddia edir ki, İsrail tərəfi gözlənilən ABŞ-İran danışıqlarından əvvəl dörd tələb irəli sürüb.
Kanal 12-nin mənbəyinə görə, bu tələblər arasında İranın yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarını başqa bir ölkəyə təhvil verməsi, Tehranın nüvə zənginləşdirməsindən imtina etməsi, İranın ballistik raket istehsalının dayandırılması və Yaxın Şərqdə İslam Respublikası ilə müttəfiq olan qüvvələrə maliyyələşdirmə və təchizatın dayandırılması yer alır.
Anar











































