Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Meymunçiçəyi daha çox kimləri yoluxdurur?

Meymunçiçəyi daha çox kimləri yoluxdurur?


İmmuniteti zəif olan, HİV-ə yoluxmuş, immunosupressiv dərmanlar qəbul edən və uşaqlıqda çiçək xəstəliyinə qarşı peyvənd olunmayan insanlar meymun çiçəyinə yoluxma riski altındadır.

Newscenter.az TASS-a istinadən bildiirr ki, bu barədə Uzaq Şərq Federal Universitetinin Tibb Məktəbinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi və dosenti Natalya Borovskaya bildirib.

Borovskayanın sözlərinə görə, meymunçiçəyinin qarşısını almaq üçün insanlar yoluxmuş insanlarla, eləcə də gəmiricilər və primatlar da daxil olmaqla vəhşi heyvanlarla təmasdan çəkinməli və şəxsi gigiyena qaydalarına riayət etməlidirlər.

"Hazırda dünyada üç meymunçiçəyi peyvəndi mövcuddur. Bu peyvəndlər epidemiya zamanı risk qrupuna daxil olan insanlara təklif olunur. Peyvənd infeksiyanın qarşısını almağa və ya xəstəliyin yüngülləşdirilməsinə kömək edir. Virusa qarşı spesifik etiotrop terapiya hazırlanmayıb. Müalicə simptomatikdir və xəstəliyi yüngülləşdirmək üçün dərmanlar təyin olunur", - deyə həkim izah deyib.

Anar
Xəbəri paylaş