
Qırğızıstanda “B5+1” formatında görüş keçiriləcək.
Newscenter.az Qırğızıstan Prezidentinin mətbuat xidmətinə istinadən bildirir ki, bu məsələ Prezident Sadır Japarovun ABŞ-ın Cənubi və Orta Asiya üzrə xüsusi nümayəndəsi Alis Sergio Qordu ilə görüşündə müzakirə edilib.
Görüş zamanı tərəflər Qırğızıstan-Amerika siyasi və iqtisadi qarşılıqlı əlaqələri, eləcə də nəqliyyat, rəqəmsallaşdırma, maliyyə texnologiyaları, süni intellekt və səhiyyə sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Prezident Sadır Japarov Qırğızıstanın ABŞ ilə qarşılıqlı faydalı və bərabər əsasda ikitərəfli və çoxtərəfli əməkdaşlığa hazır olduğunu qeyd edib.
Sadır Japarov xarici tərəfdaşlarla ticarət, iqtisadi və investisiya əlaqələrinin inkişafının ölkənin xarici siyasətinin prioritet sahələrindən biri olduğunu qeyd edib.
Anar











































