
Estoniya Vergi və Gömrük Şurasının İstintaq Departamenti, polis və donanma ilə birlikdə, Ekvadordan qaçaqmalçılıq şübhəsi ilə Baltik dənizinin daxili sularında üzən gəmini saxlayıb.
Newscenter.az TASS-a istinadən bildiirr ki, gəmi Rusiya heyətindən ibarət olub. Baham adaları bayrağı altında üzən "Baltic Spirit" adlı konteyner gəmisi Nayssaar adası yaxınlığında saxlanılıb.
İddialara görə, gəmi Sankt-Peterburqa gedirmiş. 23 nəfərdən ibarət heyət Estoniya təhlükəsizlik qüvvələrinin əməliyyatı zamanı müqavimət göstərməyib. Heyət üzvlərinin hamısı Rusiya vətəndaşları olub.
Vergi və Gömrük Şurasının müstəntiqləri gəmidə ilkin yoxlamalar aparıblar.
Anar











































