
Rusiya və Çin arasında humanitar mübadilələr, o cümlədən təhsil sahəsində əməkdaşlıq çoxşaxəlidir.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə videokonfrans danışıqları zamanı bildirib.
Putin deyib ki, hazırda Rusiyada 56 mindən çox çinli tələbə təhsil alır. Çində təhsil alan rusiyalı tələbələrin sayı isə 21 mindən çoxdur.
Rusiya Prezidenti xatırladıb ki, bundan başqa onlarla birgə təhsil müəssisəsi və ixtisaslaşmış universitet assosiasiyaları fəaliyyət göstərir.
"Eyni zamanda, bu sahədə əlaqələrin daha da genişləndirilməsi üçün əhəmiyyətli potensial mövcuddur. Xüsusən də innovasiya və informasiya texnologiyaları istiqamətində".
Anar











































