Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Çin nüvə silahsızlanması danışıqlarına qoşulmayacaq

Çin nüvə silahsızlanması danışıqlarına qoşulmayacaq



Çin, ABŞ ilə nüvə imkanlarındakı fərqə görə hazırkı mərhələdə silahsızlanma danışıqlarına qoşula bilməyəcək.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian deyib.

O, Vaşinqtonun Pekinin nüvə silahsızlanması mexanizmlərində iştirakını təmin etmək istəyini şərh edərkən bildirib.

XİN sözçüsü qeyd edib ki, Çinin nüvə qüvvələri ABŞ arsenalından fərqli səviyyədədir:

"Bu mərhələdə Çin nüvə silahsızlanması danışıqlarında iştirak edə bilməyəcək".

Diplomatın sözlərinə görə, Çin nüvə silahsızlanmasının qlobal strateji sabitliyin qorunması prinsiplərinə uyğun olmasını daim müdafiə edir.

Anar
Xəbəri paylaş