Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Elçin Mirzəbəyli növbəti səyyar vətəndaş qəbulu keçirib

Deputat Elçin Mirzəbəyli növbəti səyyar vətəndaş qəbulu keçirib


Milli Məclisin deputatı Elçin Mirzəbəyli öncədən müəyyən edilmiş qrafikə uyğun olaraq, növbəti səyyar vətəndaş qəbulunu Ağsu rayonun Qaraməmmədli kənd məktəbinin binasında keçirib.

Newscenter.az xəbər verir ki, vətəndaş qəbuluna Qaraməmmədli və Navahi kəndlərinin sakinləri iştirak edib.

Öncə hər iki kəndin sakinlərini narahat edən məsələlər birlikdə müzakirə edilib. Daha sonra fərdi qaydada görüş üçün müraciət edən vətəndaşlarla görüş keçirilib.

Millət vəkili vətəndaş qəbuluna verdikləri təşkilati dəstəyə görə Ağsu rayon İcra Hakimiyyətinə və Qaraməmmədli kənd məktəbinin kollektivinə minnətdarlığını bildirib.

Süleyman
Xəbəri paylaş