
Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) Rusiyanın "Rostov" klubuna qarşı transfer qadağasını ləğv edib.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə FIFA-nın mətbuat xidməti məlumat yayıb.
Qadağa 14 yanvarda tətbiq edilib və üç transfer pəncərəsi boyunca davam etməli idi. Rostov klubunun mətbuat xidmətinin məlumatına görə, qadağa Rostovun yarımmüdafiəçi Rodriqo Saraviyanın transferi üçün Uruqvayın "Penyarol" klubuna olan borcu ilə əlaqədardır.
Qeyd edək ki, "Rostov" Rusiya Premyer Liqasında 18 oyunda 21 xalla 11-ci yerdədir.
Anar











































