
Hindistan və ABŞ hökumətləri ticarət sazişini ətraflı şəkildə əks etdirən birgə bəyanat imzalamağı planlaşdırırlar.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Hindistanın ticarət və sənaye naziri Piyuş Qoyal bildirib.
Onun sözlərinə görə, Hindistan və ABŞ ikitərəfli ticarət sazişi ilə bağlı dörd-beş gün ərzində birgə bəyanatı yekunlaşdırıb imzalayacaqlar.
Nazir qeyd edib ki, Hindistan-ABŞ ticarət sazişinin birinci hissəsinin rəsmi hüquqi mətni martın ortalarına qədər hazır olacaq. Birgə bəyanatdan sonra ətraflı hüquqi razılaşma olacaq.
Nazir əlavə edib ki, hüquqi mətnin imzalanması Hindistanın müəyyən Amerika mallarına tarifləri endirməsinə səbəb olacaq.
Anar












































