Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsrail ABŞ-İran razılaşmasından ehtiyat edir

İsrail ABŞ-İran razılaşmasından ehtiyat edir


İsrail hakimiyyəti ABŞ və İranın qarşıdan gələn birbaşa danışıqlar zamanı yəhudi dövlətinin maraqlarını nəzərə almayan razılığa gələ biləcəyindən qorxur.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Al-Monitor portalı məlumat yayıb.

Portala görə, çərşənbə axşamı İsrailə səfəri zamanı ABŞ prezidentinin xüsusi elçisi Stiven Vitkov ölkə rəhbərliyini Vaşinqtonun İranla danışıqlarda qəti mövqe tutacağına inandırmağa çalışıb. Lakin portalın İsrail hökumətindəki mənbələrinin qeyd etdiyi kimi, ABŞ rəsmisi, ölkə rəhbərliyinin narahatlıqlarını aradan qaldıra bilməyib. İsrailin Baş naziri Benyamin Netanyahu Vitkovu İran tərəfinə etibar etməməyə çağırıb və Tehrana qarşı güc tətbiqinin üstünlük təşkil etdiyini vurğulayıb.

İsrail rəhbərliyi hesab edir ki, Vaşinqton İranla danışıqlarda yalnız nüvə proqramına diqqət yetirə bilər, ballistik raketlər məsələsini və Tehranla çətin münasibətlərindən qaynaqlanan İsrailə qarşı təhdidləri kənara qoyur. Portal qeyd edir ki, danışıqların keçiriləcəyi yer kimi Omanın seçilməsi İsrail rəhbərliyini də narahat edib, çünki ABŞ nümayəndələri 2013-cü ildə nüvə sazişini müzakirə etmək üçün İran tərəfi ilə məhz orada görüşüblər. Həmin vaxt Vaşinqton danışıqlar barədə İsrailə heç bir məlumat verməmək qərarına gəlib və onların nəticəsi İsrail rəhbərliyində böyük narazılığa səbəb olub.

Anar
Xəbəri paylaş