
"Rusiya Ermənistanın suveren və özünü təmin edən bir ölkə olmasında maraqlıdır. Biz dəfələrlə Ermənistanın öz suveren seçiminin olduğunu bildirmişik".
Newscenter.az TASS-a istinadən bildirir ki, bunları Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. O bildirib ki, Moskva Qərbdən Rusiyanın Ermənistanda keçiriləcək parlament seçkilərinə mümkün müdaxiləsi ilə bağlı siqnallar eşitməkdən təəccüblənir:
Lavrov deyib ki, Rusiya Cənubi Qafqazdakı çətin vəziyyətə baxmayaraq, Ermənistanı müttəfiq və strateji tərəfdaş kimi görür:
"Ermənistan bizim müttəfiqimizdir, strateji tərəfdaşımızdır. Cənubi Qafqazdakı vəziyyətin nə qədər çətin olduğunu görürük".
Lavrov qeyd edib ki, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında əvvəllər əldə edilmiş üçtərəfli razılaşmalar aktuallığını qoruyub saxlayır və Cənubi Qafqazdakı bütün iqtisadi, nəqliyyat və logistika problemlərini həll etməyə imkan verir:
"Bütün regionun vahid bir qurum kimi normal fəaliyyətinə mane olan bütün maneələr aradan qaldırılmalıdır. Biz buna hazırıq".
Lavrov onu da deyib ki, Rusiya Ermənistanın seçiminə tam hörmətlə yanaşacaq.
Anar










































