Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya-Qazaxıstan qaz kəməri istifadəyə veriləcək

Rusiya-Qazaxıstan qaz kəməri istifadəyə veriləcək



2030-cu il yanvarın 1-də Rusiya-Qazaxıstan qaz kəməri fəaliyyətə başlayacaq.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Qazaxıstanın Rusiyadakı səfiri Dauren Abayev "Komsomolskaya Pravda"ya verdiyi müsahibədə bildirib. O deyib ki, Rusiya və Qazaxıstan iqtisadi əməkdaşlığı fəal şəkildə inkişaf etdirirlər. Onun sözlərinə görə, "Qazprom"la Yesil-Astana magistral qaz kəməri layihəsinin həyata keçirilməsi ilə bağlı memorandumun imzalanması respublikanın şimal bölgələrinin qaz təchizatı baxımından vacib olub.

"Qazaxıstandan Özbəkistana Rusiya qazının tranzitinin həcmi daim artır. Bu layihə Orta Asiyada regional sabitliyi və enerji təhlükəsizliyini gücləndirəcək, ölkələrimizin sənaye inkişafına güclü təkan verəcək, biznes mühitini yaxşılaşdıracaq və vətəndaşların həyat səviyyəsini yüksəldəcək. Bu, həmçinin Qazaxıstanın qaz nəqli infrastrukturunun genişləndirilməsinə və modernləşdirilməsinə töhfə verəcək", - deyə səfir bildirib.

Anar
Xəbəri paylaş